“Barselona”da yeni vinger

“Barselona” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Kataloniya klubu “Jirona”dan Oskar Urenyanı transfer edib. Vinger ilə 2 illik müqavilə imzalanıb.

Oskar “Barselona”nın B komandasında çıxış edəcək.