2023/24 mövsümünü “Barselona”da keçirən, bu yay “Mançester Siti”yə transfer olunan İlkay Gündoğan açıqlama verib.
Futbolpress.az xəbər verir ki, türk əsilli alman futbolçu Kataloniya klubundakı dönəmlərindən söz açıb:
“Barselona”da oynadığım üçün peşman deyiləm. Dünyanın ən yaxşı komandalarından birində oynamışam. “Barselona”da olmaqla uşaqlıq arzularımdan birini həyata keçirdim”.
33 yaşlı futbolçu ötən mövsüm 51 oyunda 14 məhsuldar ötürmə və 5 qolla yadda qalıb.