“Barselona”nın iki futbolçusu zədələnib.
Futbolpress.az xəbər verir ki, kataloniyalıların yarımmüdafiəçisi İlkay Gündoğan və hücumçu Robert Levandovski sıradan çıxıb. Hər iki oyunçu “Xoan Gamper” kubokunda “Monako” ilə görüşdə (0:3) zədələniblər.
“Barselona” La Liqanın birinci turunda avqustun 17-də “Valensiya” ilə qarşılaşacaq. Oyunçuların bu görüşdə iştirakı sual altındadır.