“Barselona”da hər kəs titul qazanmaq istəyir”

“Barselona”nın futbolçusu Dani Olmo açıqlama verib.

Futbolpress.az “Marca”ya istinadən xəbər verir ki, yarımmüdafiəçi klubdakı hədəflərini söyləyib:

“Avropa çempionatını qazandım və titul əldə etməkdən yorulmuram. Getdikcə daha çox qazanmaq istəyirəm. Futbolçu qələbə ilə aclığını bitirə bilməz. “Barselona”da hər kəs titul qazanmaq istəyir”.

Olmo yay transfer dönəmində “Leypsiq”dən “Barselona”ya keçib. 26 yaşlı yarımmüdafiəçi La Liqada 2 oyunda 2 qol vurub.