“Barselona” ötən mövsümü icarə əsasında komandada keçirən Joao Felikslə bağlı qərarını verib.
Futbolpress.az xəbər verir ki, baş məşqçi Hans-Diter Flik portuqaliyalı hücumçunu heyətdə görmək istəyir. Bu barədə AS nəşri məlumat yayıb.
“Barselona” rəhbərliyi oyunçunun yenidən icarəsi variantını nəzərdən keçirir. Klubun nümayəndələri yaxın zamanda Feliksin agenti ilə danışıqlara başlayacaq.
Feliks müqavilə ilə “Atletiko”ya məxsusdur. 24 yaşlı hücumçu ötən mövsüm “Barselona”da 44 oyunda 10 qol vurub, 6 məhsuldar ötürmə edib.