“Barselona” ciddi itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, Kataloniya təmsilçisinin qapıçısı Mark-Andre ter Ştegen sıradan çıxıb. La Liqanın VI turunda “Vilyarreal”la matçında (5:1) rəqib oyunçu ilə toqquşan qolkiperə sağ diz vətərin yırtığı diaqnozu qoyulub.
Alman qapıçı mövsümün qalan hissəsini buraxa bilər.