“Barselona”da ciddi itki

“Barselona” ciddi itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Fermin Lopes sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fermin azı üç həftə yaşıl meydanlardan uzaq qalacaq.

21 yaşlı oyunçu ötən mövsümdə “Barselona”da 48 oyunda 11 qol vurub.