“Barselona”da ayrılıq

“Barselona”da əvəzedici komandanın baş məşqçisi Rafael Markeslə yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Markes Meksika millisinin məşqçilər korpusuna daxil olacaq.

Mütəxəssis 2022-ci ilin yayından “Barselona”nın əvəzedici komandasına rəhbərlik edirdi.