“Barselona” “Yuventus”a təklif göndərdi

“Barselona” “Yuventus”dan ayrılmaq istəyən Federiko Kyezanı transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, Kataloniya klubu italiyalı cinah oyunçusu üçün Turin təmsilçisinə 9+4 milyon avro təklif edib. Bu barədə “Diario Sport” nəşri məlumat yayıb.

“Barselona”nın oyunçuya maaş təklifi isə 4-5 milyon avrodur. Kyeza La Liqa klubuna keçməyə müsbət yanaşır.

Kyeza ötən mövsüm 37 oyunda 10 qol vurub, 3 məhsuldar ötürmə edib.