“Barselona” yeni baş məşqçisini nə vaxt açıqlayacaq?

“Barselona” yeni baş məşqçisini açıqlamağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, Kataloniya təmsilçisinin sükanı Hans-Diter Flikə tapşırılacaq. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

“Barselona” Fliklə sabah müqavilə imzalayacaq. Anlaşmanın müddəti 2 illik olacaq.

Kataloniya təmsilçisinə son olaraq Xavi rəhbərlik edib. Komanda onun başçılığı altında La Liqada mövsümü ikinci sırada tamamlayıb.

Flik daha əvvəl “Bavariya”nı və Almaniya millisini çalışdırıb.