“Barselona” Yamal üçün 250 milyon avroluq təklif alıb

“Barselona” gənc oyunçu Lamin Yamal üçün 250 milyon avroluq təklifi rədd edib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun prezidenti Xoan Laporta İspaniya mətbuatına açıqlamasında deyib:

“Altı ay əvvəl Yamal üçün 250 milyon avroluq təklif aldım. Ancaq “yox” dedim. O, hazırda dünyanın ən məşhur oyunçusudur”.

Yamal bu mövsüm La Liqada 9 oyunda 4 qol vurub, 5 məhsuldar ötürmə edib.