“Barselona” gənc oyunçu Lamin Yamal üçün 250 milyon avroluq təklifi rədd edib.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun prezidenti Xoan Laporta İspaniya mətbuatına açıqlamasında deyib:
“Altı ay əvvəl Yamal üçün 250 milyon avroluq təklif aldım. Ancaq “yox” dedim. O, hazırda dünyanın ən məşhur oyunçusudur”.
Yamal bu mövsüm La Liqada 9 oyunda 4 qol vurub, 5 məhsuldar ötürmə edib.