“Barselona” Xavinin yerinə onu düşünür

“Barselona” komandanın hazırkı baş məşqçisi Xavinin yerinə əvəzləyici axtarışındadır.

Futbolpress.az xəbər verir ki, Kataloniya təmsilçisi 2025-ci ildə komandadan ayrılacağı ehtimal edilən Xavinin yerinə PSJ-nin çalışdırıcısı Luis Enrikeni gətirməyi planlayır.

Xavi mövsümün sonunda “Barselona”dan ayrılacağını açıqlamışdı. Lakin mütəxəssis sonradan fikrini dəyişdi.

Çalışdırıcının müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.