“Barselona” Virtzin transferini istəyir, amma…

“Barselona” “Bayer”in yarımmüdafiəçisi Florian Virtzi transfer etmək istəyir.

Futbolpress.azMundo Deportivo”ya istinadən xəbər verir ki, komandanın idman direktoru oyununçunu heyətlərinə qatmağı planlayır.

Lakin Kataloniya klubunun maliyyə problemləri olduğundan transfer bu il baş tutmayacaq.

Mənbənin məlumatına görə, “Barselona” yalnız növbəti mövsümün sonunda alman yarımmüdafiəçiyə görə danışıqlara başlaya bilər.

2027-ci ilin yayına qədər “Bayer”lə müqaviləsi olan Virtzlə “Real”ın da maraqlandığı qeyd olunurdu.

21 yaşlı futbolçu bu mövsüm “əczaçılar”ın heyətində 49 oyunda 18 qol, 20 məhsuldar ötürmə ilə yadda qalıb.