“Barselona” və “İnter”in sabiq hücumçusu Super Liqada

“Sivasspor” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Super Liqa təmsilçisi 29 yaşlı hücumçu Keyta Baldeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Forvardla 2 illik müqavilə imzalanıb.

“Barselona”nın yetirməsi olan Keyta son mövsümü Moskva “Spartak”ında keçirib. O, daha sonra “Latsio”, “Monako”, “İnter”, “Sampdoriya” kimi klublarda çıxış edib.