“Sivasspor” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Super Liqa təmsilçisi 29 yaşlı hücumçu Keyta Baldeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Forvardla 2 illik müqavilə imzalanıb.
“Barselona”nın yetirməsi olan Keyta son mövsümü Moskva “Spartak”ında keçirib. O, daha sonra “Latsio”, “Monako”, “İnter”, “Sampdoriya” kimi klublarda çıxış edib.