“Barselona” üçün iki variant

“Barselona”nın məşqçilər korpusu müdafiənin sağ cinahını gücləndirmək istəyir.

Futbolpress.az xəbər verir ki, Kataloniya təmsilçisində bu mövqeyə namizədlər Yozua Kimmix (“Bavariya”) və Oskar Minqesadır (“Selta”). Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Barselona” üçün Minqesa variantı daha yaxşı görünür. Kataloniyalılar sabiq oyunçusunu 9 milyon avroya transfer edə bilər. Kimmix də isə bu məbləğ daha yüksək olmalıdır.

“Barselona” La Liqada 4 turdan sonra 12 xalla birinci sıradadır.