“Barselona” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Kataloniya təmsilçisi “Leypsiq”dən Dani Olmonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb.
İspaniya mətbuatının xəbərinə görə, “Barselona” Olmo üçün 60 milyon avro ödəyəcək.
26 yaşlı yarımmüdafiəçi klubun yetirməsidir. O, 2014-cü ildə Zaqreb “Dinamo”suna keçib. Olmo 2020-ci ildən “Leypsiq”də çıxış edirdi.
İspaniya yığmasının da üzvü olan futbolçu Almaniya klubunda 148 oyunda 29 qol vurub, 34 məhsuldar ötürmə edib.