“Barselona” seçim qarşısında

“Barselona” “Bavariya”nın müdafiəçisi Coşua Kimmix və “Real Sosyedad”ın üzvü Martin Subimendi arasında seçim etməlidir.

Futbolpress.az xəbər verir ki, bu barədə Mundo Deportivo məlumat yayıb.

Qeyd olunub ki, maliyyə qaydalarına görə Kataloniya klubu bir futbolçunu transfer edə bilər.

Subimendi 45 oyunda 4 qol, Kimmix isə 41 matçda 2 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.