Qadın futbolçulardan ibarət “Barselona” klubu futbolçusu Aytana Bonmati ilə müqaviləni uzadıb.
Futbolpress.az xəbər verir ki, 26 yaşlı oyunçunun sözləşməsi 2028-ci ilin yayına kimi artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bonmati kataloniyalılarla 275 oyunda 96 qol vurub. O, klub tarixinin bombardiridir. Futbolçu “Barselona” ilə 23 titul qazanıb. O, ötən il “Qızıl top” mükafatının sahibi olub.