“Barselona” Pepeyə “elçi düşdü”

“Barselona” “Porto”nin vingeri Pepe Akinonu transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Qeyd olunub ki, mövsümün sonunda 27 yaşlı futbolçu üçün hərəkətə keçiləcək.

Pepe bu mövsüm 47 matçda 11 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.