“Barselona” onunla yollarını ayıra bilər

“Barselona”nın futbolçusu Ansu Fati klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, klub qışda oyunçu üçün təklifləri dəyərləndirəcək. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

21 yaşlı futbolçu ötən mövsümün ikinci hissəsini “Brayton”da keçirib. O, Premyer Liqada 19 oyunda 2 qol vurub.