“Barselona”nın yarımmüdafiəçisi Pedri mövsümün sonunda komandadan ayrılacaq.
Futbolpress.az “Marca” qəzetinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Pedri ilə yeni müqavilə barədə danışıqları dayandırıb.
Onun komanda ilə müqaviləsi 2026-cı ilə qədərdir.
Pedri bu mövsüm 29 matçda 2 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.