“Barselona” onunla danışıqlara başlayacaq

“Barselona” futbolçusu Fermin Lopesə yeni müqavilə təklif etməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, Kataloniya klubu 21 yaşlı yarımmüdafiəçi ilə danışıqlara başlayacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Fermin İspaniya yığması ilə Parisdə keçirilən Olimpiya Oyunlarının qalibi olub. Onun “Barselona” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimidir.