“Barselona”nın müdafiəçisi Ronald Arauxo açıqlama verib.
Futbolpress.az xəbər verir ki, uruqvaylı müdafiəçi İspaniya mətbuatına açıqlamasında klubdakı gələcəyindən danışıb:
“Yeni müqavilə ilə bağlı danışıqlar davam edir. Ümid edirəm ki, yaxşı sonlanacaq. 100 faiz müqavilə uzadılacaq deyə bilərəm? Görəcəyik”.
Arauxonun indiki sözləşməsi 2026-cı ilin yayına kimidir. Müdafiəçinin adı “Bavariya” ilə hallanır.