“Leypsiq”in futbolçusu Dani Olmo karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Barselona” ilə şəxsi razılığa gəlib. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Barselona” “Leypsiq”lə də anlaşmağa yaxındır.
Kataloniyalılar transferi 60 milyon avroya tamamlamaq istəyir.
Olmo “Barselona”nın yetirməsidir.O, ötən mövsümdə 25 oyunda 8 qol vurub, 5 məhsuldar ötürmə edib.