“Barselona” onu icarəyə verəcək

“Barselona” futbolçusu Vitor Rokeni yayda icarəyə vermək istəyir.

Futbolpress.az xəbər verir ki, Kataloniya klubu 19 yaşlı hücumçunu oyun praktikasını artırması üçün davamlı oynaya biləcəyi bir komandaya göndərmək istəyir.

Roke bu ilin yanvarından “Barselona”da çıxış edir. O, 13 oyunda 2 qol vurub.