“Barselona” futbolçusu Frenki de Yonq ilə müqaviləni uzatmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Kataloniya klubu 27 yaşlı yarımmüdafiəçi ilə danışıqlara başlayacaq.
Frenkinin indiki müqaviləsi 2026-cı ilin yayına kimidir. O, hazırda komandada ən çox maaş alan futbolçudur. “Barselona” ondan məvacibində endirimə getməsini istəyəcək.
De Yonq ötən mövsüm 30 oyunda 2 qol vurub.