“Barselona” ona 500 milyon avro qiymət qoydu – rəsmi

“Barselona” futbolçusu Fermin Lopesin müqaviləsini uzadıb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçinin sözləşməsi 2029-cu ilin yayına kimi artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Lopesin sərbəstqalma məbləği 500 milyon avro müəyyən edilib.

21 yaşlı futbolçu “Barselona”nın heyətində 48 oyunda 11 qol vurub, 3 məhsuldar ötürmə edib.