“Barselona” niyə Çuamenini istəmədi?

“Barselona”nın skaut rəhbəri niyə kluba Aurelian Çuameni ilə müqavilə bağlamamağı tövsiyə etdiyini izah edib.

Futbolpress.az xəbər verir ki, 2022-ci ildə Monakolu Çuameni Avropanın ən prespektivli yarımmüdafiəçisi idi. Gənc oyunçunu ağlınıza gələn demək olar ki, bütün böyük klublar, o cümlədən “Barselona” da yaxından izləyirdi.

“Katalonlar”ın Çuamenini izləmək üçün göndərdiyi adam Boyan Krkiç idi. Onun sonrakı hesabatı “Barsa” rəhbərliyini fransız oyunçu üçün hərəkət etməkdən çəkindirdi.

“Mən onu iki və ya üç dəfə PSJ və “Marsel”lə oyuna baxmağa getmişdim. Hesabatlarımda həmişə eyni şeyi yazmışam:

“O, gücə, aqressivliyə malikdir, hətta həddindən artıqdır. Amma çox az yaradıcılığı da var. Yaradıcılığının olmadığına görə Çuameni böyük klub üçün deyildi”.

Barselona 2022-ci ilin yayında Frank Kessini heyətinə qatmaq qərarına gəldi və bir il sonra onu 12,5 milyon avroya Səudiyyə Ərəbistanına satdı.

Bu arada, Madrid “Real”ı Çuamenini 80 milyon avroya transfer etmək üçün “Mançester Siti” və “Liverpul” kimi komandaları məğlub etdi.