“Barselona” mövsümün sonunda müdafiə xəttini gücləndirmək niyyətindədir.
Futbolpress.az xəbər verir ki, Kataloniya klubu “Real Sosyedad”ın üzvü Martin Subimendini heyətinə qatmağı planlayır.
Qeyd olunub ki, komandanın idman direktoru Deko futbolçunun agenti ilə görüşüb. Lakin klub futbolçunu satmaq niyyətində deyil. Ona görə də Kataloniya təmsilçisi 60 milyon avro təzminatı qarşı tərəfə ödəməyə hazır olduğunu çatdırıb.
Subimendi bu mövsüm 45 oyunda 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun komanda ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.