“Barselona” “Milan”la “sülh”ə razılaşdı

“Barselona” və “Milan” yoxlama oyununda üz-üzə gəlib.

Futbolpress.az xəbər verir ki, ABŞ-da Baltimorda keçirilən görüş məhsuldar heç-heçə ilə başa çatıb. Tərəflər hərəyə iki qol vurmaqla “sülh”ə razılaşıb.

“Barselona”nın qollarını Levandovski vurub. “Milan”da isə Luka Yoviç və Kristian Pulişiç fərqlənib.