“Barselona” Messiyə görə üç futbolçusuyla yolları ayırmaq istəyir

Daha əvvəl Messinin Amerikanın “İnter Mayami” klubundan ayrılaraq “Barselona”ya dönəcəyi bildirilirdi.

Futbolpress.az xəbər verir ki, “Barselona” rəhbərliyi Lionel Messinin maaş büdcəsini yüngülləşdirmək üçün bəzi futbolçulardan qurtulmağı planlaşdırır.

“Katalanlar” 37 yaşlı argentinalı hücumçunu heyətinə qatmaq üçün Ansu Fati, Ferran Torres və Andreas Kristenseni satmaq istəyir.

Xatırladaq ki, Messi 2004-2021-ci illərdə “Barselona”nın əsas komandasında çıxış edib.

Futbolçunun “İnter Mayami” ilə hazırkı əmək müqaviləsi 2025-ci ilin sonuna kimi davam edir.