“Barselona” “Mançester Siti”ni məğlub etdi

“Barselona” və “Mançester Siti” komandaları yoldaşlıq oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, Orlandoda baş tutan görüşdə “şəhərlilər” qələbə qazanıb.

Əsas vaxtı 2:2 hesabıyla başa çatan görüşdə penaltilər seriyasında dəqiq olan “Barselona” matçı qazanıb.

“Barselona”nın heyətində Pau Delqado və Pablo Torre fərqlənib. “Mançester Siti”nin qollarını isə Cek Qriliş ilə Niko Orayli vurub.