“Barselona” “Liverpul”un üzvünü transfer etmək istəyir

“Barselona” “Liverpul”un hücumçusu Luis Diazı transfer etmək istəyir.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniya klubunun idman direktoru Deko oyununçunun keçidində israrlıdır.

Lakin komandadakı yaranan maliyyə çətinlikləri transferin baş tutmasına əngəl törədir.

Diaz bu mövsüm 51 oyunda 13 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Premyer Liqa klubu ilə müqaviləsi 2027-ci ilin iyununa qədərdir.