“Barselona” Levandovskiyə əvəzləyici tapdı

“Barselona” “Liverpul”un futbolçusu Darvin Nunesi transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, Kataloniya klubu maliyyə çətinliklərindən dolayı Levandovskini satmağı, onun yerinə isə İngiltərə təmsilçisinin hücumçusu Nunes transfer etməyi planlayır.

24 yaşlı futbolçu bu mövsüm “Liverpul”un heyətində 51 matçda 18 qol vurub, 13 məhsuldar ötürmə edib.

Onun komanda ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.