“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya Kubokunda “Barselona”ya qarşı keçirdikləri ilk oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, “Marca”ya danışan mütəxəssis 4:4 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Düşünürəm ki, əvəzetmələr komandaya daha çox irəliləmək üçün cəsarət verdi. Oyun asan olmadı. Həqiqətən, şadam ki, futbolçularım böyük əzmkarlıq göstərdi. Geri düşsək də, təslim olmadıq və sonda heç-heçə etdik. Oyunumuzu daha yaxşılaşdırmalıyıq. “Barselona” kimi komandadan qol buraxmamaq mümkün deyil”.