“Barselona” karyerasını bitirən qapıçı ilə danışıqlara başladı

Bir müddət əvvəl karyerasını bitirdiyini açıqlayan qapıçı Voytsex Şensnı yenidən yaşıl meydanlara qayıda bilər.

Futbolpress.az xəbər verir ki, “Barselona” əsas qolkiperi Mark-Andre ter Ştegenin zədə səbəbindən uzun müddətə sıradan çıxmasından sonra polşalı qapıçını heyətinə qatmaq istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Barselona” nümayəndələri oyunçu ilə danışıqlara başlayıb. Şensnının yaxın zamanda qərar verəcəyi gözlənilir.

34 yaşlı qapıçının son klubu “Yuventus” olub.