“Barselona” ilə müqaviləsi başa çatdı, azad agent oldu

İspan futbolçu Serxi Roberto “Barselona”dan ayrılıb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçinin klubla müddəti başa çatan müqaviləsi uzadılmayıb.

32 yaşlı oyunçu “Barselona”nın yetirməsi idi. O, 2013-cü ildən əsas komandada forma geyinirdi.

Roberto La Liqada 245 oyunda 12 qol vurub, 34 məhsuldar ötürmə edib. O, “Barselona” ilə 2 dəfə Çempionlar Liqasını qazanıb.