“Barselona” hücumçusuna qiymət qoydu

“Barselona” futbolçusu Vitor Rokenin transfer dəyərini müəyyənləşdirib.

Futbolpress.az xəbər verir ki, Kataloniya təmsilçisi adı “Əl Hilal”la hallanan hücumçunu 40 milyon avrodan aşağı qiymətə satmayacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Səudiyyə Ərəbistanı təmsilçisi Rokeni satınalma hüququ ilə birlikdə icarəyə götürmək istəyir.

19 yaşlı futbolçu bu ilin yanvarından “Barselona”da çıxış edir. O, 16 oyunda 2 qol vurub.