“Barselona” Fati ilə bağlı qərarını verdi

“Barselona” futbolçusu Ansu Fati ilə yollarını ayıracaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb. Klub oyunçunun performansından və tez-tez zədələnməsindən narazıdır.

Yayda Fati üçün gələcək təkliflər dəyərləndiriləcək.

Ansu bu mövsüm 8 oyuna çıxıb.