“Barselona” bu problemi həll etməzsə…

İspaniyanın “Marca” nəşri “Barselona”nın maliyyə durumunun təfərrüatlarını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, kataloniyalıların bu mövsüm üçün maaş limiti 426 milyon avroya yüksəldilib. Buna baxmayaraq, klub bu qaydalara əməl etmir. Proses belə davam etsə, yanvarda “Barselona” yenidən maliyyə sanksiyası ilə üz-üzə qala bilər və bu minvalda yeni transfer Dani Olmonun lisenziyası alınacaq.

“Barselona” maddi problemləri qaydaya salmaq üçün variantlar axtarışındadır.

Kataloniya klubu La Liqada 4 turdan sonra 12 xalla birinci sıradadır.