“Barselona” “Bayer”in futbolçusu ilə maraqlanır

“Bayer”in futbolçusu Conatan Ta karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Barselona” müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə insayder Florian Plettenberq məlumat yayıb. Kataloniya klubu transfer dönəminin sonuna kimi oyunçunu heyətinə qatmaq istəyir.

Conatanın “Bayer”lə müqaviləsi 2025-ci ilin yayına kimidir. Almaniya yığmasının da üzvü olan müdafiəçi ötən mövsümdə 48 oyunda meydana çıxıb.