“Barselona” “Bavariya”nın futbolçusunu istəyir

“Bavariya”nın futbolçusu Kinqsli Koman karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Barselona” fransalı vingerin xidmətində maraqlıdır. Bu barədə “Sky” nəşri məlumat yayıb. Kataloniya klubu oyunçunun icarəsi üçün münhenlilərlə danışıqlara başlayıb.

“Bavariya” Komanı icarəyə verməyə müsbət yanaşır.

Fransalı futbolçu Münhen klubunda 294 oyunda 63 qol vurub, 66 məhsuldar ötürmə edib.