“Barselona” azərbaycanlı qapıçını icarəyə verdi

“Barselona” azərbaycanlı qapıçı Eldar Tağızadəni icarəyə verib.

Futbolpress.az xəbər verir ki, qolkiper 2025-ci ilin yayına kimi “Tudelano”da çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Eldar bu ay “Luqo” klubundan “Barselona”ya keçmişdi.

“Tudelano” İspaniya 4-cü liqasında mübarizə aparır. Çempionatda mövsümə sentyabrın 1-də start veriləcək. Komanda ötən mövsümü 18 komanda arasında 48 xalla 7-ci sırada bitirib.