“Barselona” argentinalı ilə razılaşdı

“Barselona” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Kataloniya klubu “Betis”dən argentinalı yarımmüdafiəçi Qvido Rodriqeslə razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 30 yaşlı futbolçu yayda azad agent kimi “Barselona”ya qoşulacaq.

Qvido bu mövsüm La Liqada 22 oyunda 2 qol vurub.