“Barselona” 65 milyona “yox” dedi

“Barselona”nın futbolçusu Rafinya klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubları 27 yaşlı vingeri transfer etmək istəyir. Bu barədə “Mundo Deportivo” məlumat yayıb.

“Əl Hilal” braziliyalı futbolçu üçün 65 milyon avro təklif edib, ancaq “Barselona” bunu rədd edib. Kataloniyalılar oyunçunun satışından 90 milyon avro qazanmağı düşünür.

Rafinya ötən mövsüm 37 oyunda 10 qol vurub, 13 məhsuldar ötürmə edib.