“Barselona” 17 yaşlı futbolçu ilə müqaviləni uzatdı

“Barselona” futbolçusu Hektor Font ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, 17 yaşlı müdafiəçinin sözləşməsi 2026-cı ilin yayına kimi artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Font “Barselona”nın yetirməsidir. O, əvəzedici komanda ilə bu mövsüm 13 oyuna çıxıb.