“Qalatasaray”ın və Türkiyə millisinin futbolçusu Barış Alper Yılmaz karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Liverpul”, “Mançester Yunayted” və “Tottenhem” 24 yaşlı cinah oyunçunu ilə maraqlanır. Bu barədə “Milliyet” nəşri məlumat yayıb.
“Qalatasaray” Barış üçün azı 30 milyon avro tələb edir.
Cinah oyunçusu Avro-2024-də Türkiyə yığması ilə 5 oyunun hamısında iştirak edib.