“İnter” Nikolo Barellanın zədəsinin dərəcəsini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi A seriyasının 16-cı turunun “Latsio” ilə matçında zədələnib. Bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Barellaya sağ budun əlavəedici əzələsinin zədələnməsi diaqnozu qoyulub. Yaxın günlərdə futbolçunun durumuna qiymət veriləcək.
27 yaşlı italiyalı futbolçu 2019-cu ildən “İnter”in heyətində çıxış edir. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir.